"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub.

Sportline.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək.

Onu Robert Kubitsa əvəzləyəcək.

Qeyd edək ki, Niderland Qran-prisi sentyabrın 5-də keçiriləcək. Kimi Raykkonen daha əvvəl mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.