Formula 1: Qasırğa Yaponiya Qran-prisinə problem yaratdı
“Formula 1” üzrə Yaponiya Qran-prisinin təsnifat mərhələsi qasırğaya görə təxirə salınıb.
Sportline.az xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası oktyabrın 12-ə nəzərdə tutulan mərhələni bir gün sonraya keçirib.
Qeyd edək ki, Yaponiyada qasırğa sonucu dəfə 2014-cü ildə “Formula 1” yarışına problem yaradıb. Həmin il oktyabrın 5-də Qran-pridə “Marussia” komandasının pilotu Jül Byanki “Suzuka” trasında 126 km/saat sürətlə qəzaya uğrayaraq komaya düşmüşdü.