"Formula 1": Qran-pridə neçə nəfərin testi müsbət çıxıb?
"Formula 1" üzrə Bəhreyn Qran-prisi üçün koronavirus testindən keçən şəxslərin sayı açıqlanıb.
Sportline.az Beynəlxalq Avtomobil Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 22 - 28 martda sürücülər, komandaların üzvləri və işçilər üzərində 8 min 150 test aparılıb.
Onlardan 12-nin nəticəsi müsbət çıxıb. Virusa yoluxan şəxslərin adları açıqlanmayıb.
Qeyd edək ki, "Mercedes" pilotu Lüis Hemilton üzrə Bəhreyn Qran-prisinin qalibi olub. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.