Formula 1: Qran-prilərin sayı 17-yə çatdırıla bilər
Formula 1 yaxın vaxtlarda mövsümün təqviminə dəyişiklik edəcək.
Sportline.az xəbər verir ki, Avropa mətbuatının məlumatına görə, Qran-prilərin sayı 17-yə yüksələcək.
Bu mənada diqqət çəkən məqam Türkiyə Qran-prisi ilə bağlıdır. 2011-ci ildən avtodromu iştirakçıların üzünə bağlayan İstanbul noyabrın 15-də yarışa ev sahibliyi edəcək. Türkiyədəki Qran-pri İmoladakı yarışdan 2 həftə sonra keçiriləcək.
Qeyd edək ki, Türkiyə mətbuatı da bir neçə gün öncə İstanbulda yarışın keçiriəcəyi ilə bağlı məlumat dərc etmişdi. Bununla yanaşı Bəhreyndə iki yarışın keçirilməsi planlaşdırırlır. Sahir avtodromundakı yarış trassın iki fərqli versiyasına əsasən təşkil olunacaq. Proqnoza görə mövsümün son Qran-prisi olan Əbu Dəbidəki yarış plana əsasən 2 həftə gec keçiriləcək.
Bir sözlə avqustun 30-da Belçikada çempionatın növbəti yarışı təşkil olunacaqsa, mövsüm dekabrın 13-də Əbu-Dəbidə yekunlaşacaq.