"Formula 1": Rusiyalı pilot koronavirusa yoluxduğu üçün son yarışdan kənarda qalıb

"Formula 1"də çıxış edən "Haas" komandasının pilotu Nikita Mazepin Abu-Dabi Qran-prisində iştirak edə bilməyəcək.

Sportline.az xəbər verir ki, buna rusiyalı pilotun koronavirus testinin müsbət çıxması səbəb olub. Nəticədə o, mövsümün son yarışını buraxmalı olacaq.

Ehtiyat pilot Pyetro Fittipaldi Abu-Dabidə olsa da, bu həftə sonu ən azı bir sessiyada iştirak etmədiyi üçün yarışa qatıla bilməyəcək.

Bu üzdən "Haas" komandası Qran-pridə yalnız Mik Şumaxerin idarə etdiyi bir avtomobillə təmsil olunacaq. Almaniyalı pilot sıralamada 19-cu olacaq.

Qeyd edək ki, Abu-Dabi Qran-prisi bu gün keçiriləcək.