"Formula 1": Rusiyalı pilot Meksikada gecə klubundan qovulub

"Formula 1"də çıxış edən "Haas" komandasının pilotu Nikita Mazepin Meksikada gecə klubunun təhlükəsizlik xidmətinin əməkdaşları qovub.

Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, rusiyalı sürücü klubda Corc Rassell və Aleksandr Albonla birgə olub. Lakin britaniyalı və taylandlı pilotlara sanksiya tətbiq olunmayıb.

Mazepin 5 - 7 noyabrda keçirilmiş Meksika Qran-prisində 18-ci yeri tutub. 22 yaşlı pilot 18 mərhələdən sonra sonuncu yerdə gedir.