Formula 1: Sebastyan Fettel Sinqapuru fəth etdi
Formula 1 üzrə mövsümün sayca 15-ci yarışı – Sinqapur Qran-prisi yekunlaşıb.
Sportline.az xəbər verir ki, gərgin və maraqlı mübarizə şəraitində keçən Sinqapur Qran-prisində pilotlar 308,7 km məsafəni qət ediblər. 61 dövrədən ibarət yarışın qalibi “Ferrari” komandasının almaniyalı sürücüsü Sebastyan Fettel olub. Onun ən yaxın izləyicisi Şarl Lekler olub. “Ferrari” kollektivinin monakolu üzvü liderdən 2,641 saniyə geri qalıb. İlk 3-lüyü isə “Red Bull”un hollandiyalı pilotu Maks Ferstappen tamamlayıb.
Ümumi yarış cədvəlinə 296 xalla “Mersedes”in britaniyalı Lyüis Hemilton başçılıq edir. Onun finalndiyalı komanda yoldaşı Valtteri Bottas 231 xalla 2-cidir. Şarl Lekler isə 200 xalla 3-cüdür.
Qeyd edək ki, növbəti Qran-pri Rusiyada olacaq.