Formula-1: Sərbəst yürüşlər yekunlaşdı
Bu gün Bakıda Formula-1 üzrə Avropa qran-prisinin test yürüşləri keçirilib. Saat 13-də start verilən yürüşlərdə 22 pilot treklə yaxından tanış olub. Sərbəst yürüşlərdə ən yaxşı göstərici “Mersedes” komandasını lideri Luis Hamiltonun aktivindədir. O komanda yoldaşı Niko Rosberqi qabaqlayıb. “Uilyams”ın pilotu Valeri Bottas 3-cü olub. Döngələrin birində "Red Bul"un pilotu Daniel Rikkardo yüngül qəzaya uğrayıb. Yarış iştirakçıları sabah təsnifat yürüşündə start düzülüşünü müəyyənləşdirəcəklər. Xatırladaq ki, Formula-1 üzrə Avropa qran-prisi iyunun 19-da keçiriləcək.