“Formula 1”: Şarl Lekler Las-Veqas Qran-prisinin sıralama turunda ən yaxşı nəticə göstərib
“Formula 1” üzrə Las-Veqas Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilotun adına aydınlıq gəlib.
Sportline.az xəbər verir ki, “Ferrari”dən Şarl Lekler birinci olub.
Onun komanda yoldaşı Karlos Sayns ikinci, “Red Bull”un pilotu Maks Ferstappen üçüncü yeri tutub.
Qeyd edək ki, Las-Veqas Qran-prisində əsas yarış noyabrın 19-da olacaq.