Formula 1: Sıralanma turu

Formula 1" üzrə SOCAR Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub.

SportSine.az xəbər verir ki, "Mercedes" komandasının pilotu Valtteri Bottas ən yaxşı göstəriciyə imza atıb. Onun komanda yoldaşı Luis Hamilton ikinci, "Ferrari"dən Sebastyan Fettel isə üçüncü olub.

Qeyd edək ki, “Formula 1”də əsas yarış aprelin 28-də olacaq və saat 16:00-da başlayacaq.