"Formula 1: Türkiyə Qran-prisi yenidən təqvimdə

"Formula 1" üzrə Türkiyə Qran-prisi yenidən 2021 mövsümünün təqviminə əlavə edilib.

Sportline.az xəbər verir ki, bu barədə yarışın rəsmi tvitter hesabı məlumat yayıb.

Bildirilib ki, İstanbuldakı yarış 1 - 3 okyabrda gerçəkləşəcək. Bu, mövsümün 16-cı Qran-prisi olacaq.

Qeyd edək ki, builki təqvimdə yer alan Azərbaycan Qran-prisi 4-6 iyunda keçirilib.