"Formula 1": Türkiyə Qran-prisi yenidən təqvimə salındı

Koronavirus pandemiyasına görə ardıcıl 2-ci dəfə ləğv olunan Kanada Qran-prisini əvəzləyəcək yarış müəyyənləşib.

Sportline.az "Formula 1"in rəsmi saytına istinadən xəbər verir ki, yarışın bu mərhələsi Türkiyədə təşkil olunacaq.

11 - 13 iyunda nəzərdə tutulan Qran-pri, ötən il olduğu kimi, "İstanbul Park" trasında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda olacaq.