Formula 1: Türkiyə Qran-prisində təsnifat mərhələsi yekunlaşdı

"Formula 1" üzrə Türkiyə Qran-prisində ikinci günə yekun vurulub.

Sportline.az xəbər verir ki, "Intercity Istanbul Park" trasındakı yarışda üçüncü sərbəst yürüş və sıralama turu gerçəkləşib.

Sərbəst yürüşdə "Alpha Tauri" komandasının pilotu Pyer Qasli bütün rəqiblərini geridə qoyub. İkinci yeri "Red Bull"dan Maks Ferstappen, 3-cü pilləni isə onun komanda yoldaşı Serxio Peres tutub.

Sıralama turunda isə "Mercedes"in sürücüsü Lüis Hemilton finişə birinci çatıb. Almaniya komandasının digər sürücüsü Valtteri Bottas 2-ci, Ferstappen isə 3-cü olub.

Qeyd edək ki, Türkiyə Qran-prisi oktyabrın 10-da başa çatacaq.