"Formula 1": Türkiyə Qran-prisində yeni rekord
"Alpin" komandasında çıxış edən Esteban Okon "Formula 1" üzrə dünya çempionatında yeni rekorda imza atıb.
Sportline.az xəbər verir ki, 25 yaşlı sürücü buna Türkiyə Qran-prisində nail olub.
Fransalı idmançı 24 il ərzində yarışı pit-stopsuz tamamlayan ilk pilot olub. Buraya qırmızı bayraqlarla dayandırılmayan və məsafəsi əhəmiyyətli dərəcədə qısaldılmayan Qran-prilər daxildir.
Okon "Pirelli" təkərləri ilə bütün məsafəni qət edib. "Ferrari"dən Şarl Lekler və "Mercedes"dən Lüis Hemilton oxşar taktikalardan istifadə etməyə çalışıblar, lakin sonda təkərləri dəyişdirməyə məcbur qalıblar.
Son olaraq 1997-ci ildə Monako Qran-prisində Mika Salo pit-stop olmadan finişə çatıb və 5-ci yeri tutub. Esteban Okon isə Türkiyə mərhələsini 10-cu sırada bitirib.