"Formula 1" üzrə Azərbaycan Qran-prisi: Konsert proqramı təxirə salındı

Sem Smitin Bakı konserti ləğv olunub.

Sportline.az saytına məlumat verən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Sem Smitin şənbə günü Bakıda konsert proqramı ilə çıxış edə bilməyəcəyini bildirib.

Ötən həftə Cənubi Afrika turunu yarıda kəsən britaniyalı müğənni konsert proqramlarına qısa fasilə verdikdən sonra tibb mütəxəssislərinin məsləhətinə əsasən növbəti konsert proqramlarını da ləğv etməli olub.