Formula 1 üzrə Bakı Qran-prisi belə keçiriləcək

"Formula 1" üzrə Azərbaycan Qran-prisi azarkeşsiz keçiriləcək.

Sportline.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.

Qeyd olunub ki, martın sonlarına doğru yarış üçün baryerlər quraşdırılacaq, mayda tikinti yekunlaşacaq.

"Yarış məkanı qırmızı, sarı və yaşıl zonalara bölünəcək. Azərbaycan Qran-prisi COVID-19 pandemiyası ilə əlaqədar müəyyən məhdudiyyətlər şəraitində təşkil olunacaq. Bu yarış izləyicisiz keçiriləcək".