Formula 1 yarışları belə keçiriləcək

“Formula 1” üzrə dünya çempionatının yeni mövsümünün Avropada başlanacağı gözlənilir.

Sportline.az xəbər verir ki, bunu yarışın idman direktoru Ross Braun “Sky Sport”a açıqlamasında deyib.

Braun mövsümə tezliklə başlamaq istədiklərini və koronavirus pandemiyasına görə ilk yarışların azarkeşsiz keçirilə biləcəyini bildirib. O, Qran-pri təşkil etməməkdənsə, azarkeşsiz olmasının daha yaxşı olduğunu qeyd edib.

Bununla yanaşı, "Grand Prix Radio"su yarışın başlanma tarixini açıqlayıb. Bildirilir ki, mövsüm iyulun 19-da Böyük Britaniya mərhələsi ilə start götürəcək. Azərbaycan Qran-prisi isə oktyabrın 11-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.