"Formula 1"də iki yeni komanda
Formula 1 üzrə çempionatda iki yeni komanda da çıxış edə bilər.
Sportline.az Auto Motor und Sport nəşrinə istinadla xəbər verir ki, söhbət "Andretti" və "Xaytek"dən gedir.
Beynəlxalq Avtomobil Federasiyasının yaxın günlərdə bununla bağlı qərar verəcəyi gözlənilir.
BAF artıq bu komandaların texnoloji səviyyəsi, personal və maliyyə durumu ilə bağlı araşdırmanı başa vurub.