"Formula 1"ə görə bağlanmış yollar bu gün açılır

"Formula 1" Azərbaycan Qran-prisi ərəfəsində bağlanan prospekt və küçələr iyunun 14-ü səhər saat 10:00-da deyil, bu gün açılacaq.

Sportline.az saytına Bakı Şəhər Halqasından verilən məlumata görə, "Formula 1"-ə görə bağlanan yollarla bağlı qərar dəyişib. Bildirilib ki, Qran-pri üçün qapadılan küçə və prospektlər bu gün sat 18:00-dan etibarən açılacaq.

Bundan başqa,  iyunun 13-dən 20-ə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-ə qədər aradan qaldırılacaq.