Formula 2 yarışının qalibi müəyyənləşdi

Bakıda keçirilən “Formula-2” üzrə yarışın ilk qalibi müəyyənləşib. 

Sportline.az xəbər verir ki, “Kampos” komandasının pilotu Cek Aitken bütün rəqiblərini geridə qoyub. “Art Grand Prix"dən Nik de Vries ikinci, “Motorsport”dan Yordan Kinq üçüncü olub. 

Qeyd edək ki, 20 iştirakçıdan 13-ü finişə çatmağı bacarıb. “Formula-2” üzrə ikinci yarış sabah saat 13:10-da başlayacaq və 21 dövrədən ibarət olacaq.