Formula-1: Azərbaycan qran-prisinin sərbəst yürüşündəki qəza belə yaşanıb
Formula 1 üzrə Azərbaycan Qran Prisində bu gün sərbəst yürüşlər keçirilir. Sportline.az xəbər verir ki, ilk sərbəst yürüş zamanı qəza baş verib. "Force İndia"nın pilotu Serxio Peresin bolidi 8-ci döngədə - Qız Qalasının yaxınlığındakı səddə çırpılaraq yarasız hala düşüb. Zərbənin gücündən bolidin sağ qabaq və arxa təkəri sıradan çıxıb. Pilot xəsarət almayıb.