Fransa klubunda baş məşqçi dəyişikliyi

Fransanın "Renn" klubunda baş məşqçi dəyişikliyi olub.

Sportline.az Fransa klubunun rəsmi saytına istinadla xəbər verir ki, Bruno Jenesio istefa verib.

Təcrübəli mütəxəssislə müqavilə qarşılıqlı olaraq ləğv edilib. O, 2 il idi ki, baş məşqçi postunda idi.

Komandanı artıq Jülyen Stefan idarə edəcək.