Fransa millisi Messidən qorxmur

Fransa millisinin futbolçusu Teo Hernandes DÇ-2022-nin finalında Argentinaya qarşı keçirəcəkləri oyundan danışıb.

Sportline.az xəbər verir ki, "La Gazetta dello Sport"a açıqlama verən üdafiəçi rəqib komandanın kapitanı Lionel Messidən çəkinmədiklərini deyib:

"Final haqqında düşünməliyik. Matça qədər tam hazır olmalıyıq. Messidən qorxmuruq. Amma Argentinanın inanılmaz heyəti var. Hazırlaşmaq üçün bir neçə günümüz qalıb".

Qeyd edək ki, dekabrın 18-də keçiriləcək Argentina - Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.