Fransalı futbolçu "Qalatasaray"ın təklifini qəbul etməyib

İspaniyanın "Real Betis" klubunda çıxış edən fransalı futbolçu "Qalatasaray"ın təklifini geri çevirib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Nabil Fekir transferlə bağlı açıqlamasında :"Qalatasaray" klubu məni istədiyini bildirdi. "Real Betis"də az oyandığım doğrudur, amma mən burada xoşbəxtəm",-deyib.

30 yaşlı yarımmüdafiəçi bu mövsüm sonunadək komandadan ayrılmaq istəmədiyini bildirib. 

Qeyd edək ki, fransalı futbolçu bu mövsüm "Real Betis" forması ilə cəmi 6 oyunda meydana çıxıb.