"Frayburq"dan "Ayntraxt"a transfer olub
"Frayburq"un yaponiyalı futbolçusu Ritsu Doan yeni mövsümdən etibarən "Ayntraxt"da çıxış edəcək.
Sportline.az xəbər verir ki, "Ayntraxt" 27 yaşlı futbolçu üçün 22 milyon avro ödəyəcək.
Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, R.Doan yeni klubu ilə 5 illik müqavilə imzalayıb.