Futbol federasiyasının vitse-prezidenti: "UEFA-nı başa düşə bilmirəm"
Rusiya Futbol Federasiyasının vitse-prezidenti Denis Solovyov təmsil etdiyi qurumla UEFA arasında qarşılıqlı fəaliyyətlə bağlı danışıb.
Sportline.az SE-yə istinadla xəbər verir ki, federasiya rəsmisi UEFA-nın qərarlarını təəccüblə qarşılayıb.
"Mən UEFA-nı başa düşə bilmirəm. Onlarla danışıqların nəticəsi qaranlıq qalır. Dialoq aparmaq üçün hər şey aydın olmalıdır ki, nəyisə proqnozlaşdıra bilək. İndi qaydalar yoxdur".
Qeyd edək ki, 2022-ci ilin fevralında UEFA Rusiya komandalarının Avropa yarışlarında iştirakını dayandırıb.