Futbol federasiyasının rəsmisi baş məşqçini təriflədi
Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti Roxus Şox komandanın çıxışını dəyərləndirib.
Sportline.az xəbər verir ki, federasiya rəsmisi bu barədə SE-yə məlumat verib.
“Təbii ki, Sloveniya ilə matçın nəticəsinə üzüldük. Amma bütün komanda əla tsikl keçirdi. Baş məşqçi komandada inam yaratmağı bacardı ki, onlar istənilən rəqiblə futbol oynaya bilərlər. Heç kimdən qorxmaq lazım deyil. Pis heç nə baş verməyib, hələ də Avro-2024-ə çıxmaq şansları var”, - deyə Şox bildirib.
Şox həmçinin komandanın Millətlər Liqasında pley-off mərhələsi vasitəsilə Avro-2024-ə çıxacağına inandığını bildirib.