Futbol ulduzu dünyanın ən güclü oyunçusunu açıqladı
Yaxın keçmişin parlaq ulduzlarından olan Robin Van Persi dünyanın ən güclü futbolçusu ilə bağlı fikrini bölüşüb.
Sportline.az ESPN-ə istinadla xəbər verir ki, Niderland futbolunun əfsanəsi bu ada 3 nəfəri layiq görüb.
"Hazırda ən yaxşı 3 futbolçunun kimliyi ilə maraqlanırsınızsa, Mbappe, Messi və Holannın adını çəkə bilərəm", - deyə Van Persi bildirib.
Qeyd edək ki, "Feyenord", "Arsenal", "Mançester Yunayted" və "Fənərbağça" kimi klubların şərəfini qoruyan hücumçu karyerasını 2019-cu ildə bitirib.