"Futbolçular tarix yazdılar"
Serbiya millisi AVRO-2024-ün seçmə mərhələsində Bolqarıstanla 2:2 hesablı heç-heçə edib.
Sportline.az xəbər verir ki, bu nəticə serbiyalıları Avropa çempionatının final mərhələsinə daşıyıb.
Serbiya seçməsinin baş məşqçisi Draqan Stoykoviç bu uğuru belə dəyərləndirib.
“Hər kəsi Avropa çempionatına ilk vəsiqə qazanmaları münasibətilə təbrik edirəm. 24 il gözləməli olduq, amma buna dəyərdi. Bu futbolçular qəhrəmandırlar, adlarını futbol tariximizə yazmış qızıl nəsildir. Çünki Serbiya ilk dəfə Avropa çempionatında iştirak edəcək. Biz bunu bacaracağımıza inandıq və bacardıq. Bu, millətə, ölkəmizə bir hədiyyədir" - deyə Stoykoviç mətbuat konfransında bildirib.