Futbolda ilk dəfə yaşıl vərəqədən istifadə olundu
Futbol tarixində hakim ilk dəfə yaşıl vərəqədən istifadə edib. SportLine.az xəbər verir ki, hadisə İtaliya B Seriyasında qeydə alınıb. "Virtus Entella" - "Viçentza" oyununda ikincilərin üzvü Kristian Qalanoya yaşıl vərəqə göstərilib. Hakim meydan sahiblərinin qapısına künc zərbəsi təyin etsə də, Qalano topun rəqib futbolçulardan kiməsə toxunmadığını bildirib.
Xatırladaq ki, 2016/17 mövsümündən “B” seriyasında yaşıl vərəqənin istifadəsi barədə qərar qəbul edilib. Vərəqə meydanda nümunəvi hərəkət edən futbolçulara göstərilir.