Futbolda yeni qayda tətbiq olunacaq
FİFA futbolda dəyişiklik etmək qərarına gəlib.
Sportline.az “The Times” qəzetinə istinadən xəbər verir ki, qapıçı topu əlində 8 saniyədən artıq saxlasa, hakim rəqib komandaya küncdən zərbə verəcək.
İngiltərə və Maltada uğurlu sınaqdan keçirilən qayda futbolun tempini yüksəltmək məqsədini daşıyır.