Futbolu basketbola dəyişdi
Argentina millisinin və "İnter"in sabiq futbolçusu Rodriqo Palasio İtaliyanın 4-cü divizionunda mübarizə aparan "Polisportiva Qarnyano" basketbol klubuna keçib.
Sportline.az xəbər verir ki, Basketbol Rodriqonun çoxdankı həvəsidir. O, artıq Milanda "Polisportiva Qarnyano"da debüt edib və mövsümöncəsi yarımfinalda 4 xal toplayıb.
Lakin Palasio hələ də futbolçu karyerasını başa vurduğunu açıqlamayıb. Ola bilər ki, ona uyğun təklif gəlsə, yenidən karyerasına davam etsin.
Qeyd edək ki, Palasio 2021/22 mövsümünu B seriyası təmsilçisi "Breşiya"da keçirib. 40 yaşlı hücumçu 32 matçda 6 qol vurub. Palasio İtaliyada “Cenoa” və “İnter”dəki oyunu ilə tanınır. Həmçinin o, Argentina millisində 27 oyun keçirib.