"Gent" Bakıya yola düşüb

Belçikanın "Gent" komandası "Qarabağ"la UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Bakıya yola düşüb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi tviter hesabı paylaşım edib.

Saat 19:45-də baş məşqçi Heyn Vanhazebrukun mətbuat konfransı təşkil olunacaq.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlanacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.