"Gent" heç-heçə etdi, "Fiorentina" və "Anderlext" qalib gəldi

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Sportline.az xəbər verir ki, pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Gent" (Belçika) İngiltərə "Vest Hem"ini qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Polşa "Lex"i İtaliya "Fiorentina"sına, Niderland "AZ Alkmaar"ı Belçika "Anderlext"inə uduzub. İsveçrə "Bazel"i ilə  Fransa "Nitsa"sı arasındakı görüşdə qalib müəyyənləşməyib. 

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri aprelin 20-də keçiriləcək.

Konfrans Liqası, 1/4 final
13 aprel

20:45. "Gent" (Belçika) - "Vest Hem" (İngiltərə) - 1:1

Qollar: Kuypers, 57 - İnqs, 45+3

23:00. "Lex" (Polşa) - "Fiorentina" (İtaliya) - 1:4

Qollar: Velde, 20 - Kabral, 4, Qonsales, 41, Bonaventura, 58, İkone, 63

23:00. "Anderlext" (Belçika) - "AZ Alkmaar" (Niderland) - 2:0

Qollar: Murilyo, 22, Aşimeru, 70

23:00. "Bazel" (İsveçrə) - "Nitsa" (Fransa) - 2:2

Qollar: Amduni, 26-pen; 71 - Moffi, 38; 45+1