"Gent" - "Qarabağ" görüşünə azarkeş marağı
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Gent" - "Qarabağ" oyununa indiyədək 10 200 bilet satılıb.
Sportline.az xəbər verir ki, 20 000 azarkeş tutumuna malik olan Gent şəhərinin “Gelamko Arena”sına 11 000-ə yaxın bilet satışa çıxarılmışdı.
Xatırladaq ki, matçın start fiti Bakı vaxtı ilə 00:00-da səslənəcək.
İlk oyunda Azərbaycan çempionu 1:0 hesabı ilə qalib gəlmişdi.