"Gent"in Bakı planı açıqlandı

Belçikanın “Gent” klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəyi ilk oyunun proqramı açıqlanıb.

Sportline.az xəbər verir ki, Gent təmsilçisi oyundan bir gün əvvəl Bakıya yollanmağı planlaşdırır.

Komandanı gətirəcək təyyarə fevralın 15-də axşam saatlarında paytaxtda olmalıdır. Baş məşqçi Heyn Vanhazebrukun kollektivi matçdan dərhal sonra Belçikaya qayıdacaq. Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə qonaqları təxminən 40-50 azarkeşin dəstəkləməsi gözlənilir.

Qeyd edək ki, fevralın 16-da keçiriləcək “Qarabağ” – “Gent” oyununun start fiti saat 21:45-də səslənəcək.