"Gent"in əsas hücumçusu "Qarabağ"la hər iki oyunu buraxacaq
Belçika "Gent"inin futbolçusu Darko Lemayiç "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin hər iki oyununu buraxacaq.
Sportline.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Heyn Vanhazebruk yerli mətbuata açıqlama açıqlama verib.
O bildirib ki, bud əzələsi yırtılan serbiyalı hücumçu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. 59 yaşlı mütəxəssis zədəsini sağaldan Gift Orbanın isə sıraya qayıtdığını söyləyib.
Gent təmsilçisində zədədən əziyyət çəkən Tarik Tissaudali, Vadis Ocica, Matiss Samuaz, Nurio Fortuna və Endryü Hülsagerin də Ağdam klubu ilə Bakıdakı matçda iştirakları sual altındadır. Vanhazebruk heyətdəki itkilərə görə əvəzedicilərdən bir neçə oyunçunu əsas komandaya cəlb edəcəyini açıqlayıb.
Qeyd edək ki, komandalar arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 1 həftə sonra Gentdə baş tutacaq.