Corcio Çellini karyerasını başa vurur

"Los Ancels" futbol klubunun futbolçusu italiyalı müdafiəçi Corcio Çellini karyerasını bitirmək niyyətindədir.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 39 yaşlı müdafiəçi Amerika Kubokunun final matçında "Kolumb Kervet" klbuna məğlub olduqdan sonra futbolçu karyerasını bitirmək qərarına gəlib. 

Mediada yayılan xəbərlərə əsasən Corcio Çellininin "Yuventus" klubunda məşqçi köməkçisi olacağı bildirilib.

Qeyd edək ki, Corcio Çellini  bu mövsüm "Los Ancels" forması ilə çıxdığı 29 oyunda 1 qolla yadda qalıb.