Güləşçilərimizdən 1 qızıl, 1 gümüş, 2 bürünc medal

Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 63 kq-da mübarizə aparan idmançımıx gürcüstanlı Giorgi Şotadze ilə qarşılaşıb.

Rəqibinə 0:3 hesabı ilə uduzan Babaşov gümüş medal əldə edib.

77 kq-da çıxış edən Xasay Həsənli isə finalda gürcüstanlı Davit Soloqaşvili ilə qarşılaşıb.

Rəqibinə tam üstünlüklə - 10:0 hesabı ilə qalib gələn Həsənli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Laçın Vəliyev (87 kq) 3-cü yer uğrunda görüşdə erməni Gevorq Tadevosyanla güləşib. Vəliyev gərgin mübarizə şəraitində keçən bu qarşılaşmanı öz hesabına yazaraq (6:5), Avropa çempionatının bürünc medalını əldə edib. 

Sərxan Məmmədov (130 kq) da çıxışını bürünc medalla bitirib. O, 3-cü yer uğrunda qarşılaşmada yunan Nikolaos Ntuniasa 6:1 hesabıyla məğlub edib.