Güləşçilərimizdən bürünc medallar
Azərbaycan güləşçiləri Bolqarıstanın Veliko Tırnovo şəhərində Dan Kolov - Nikola Petrovun xatirəsinə keçirilən beynəlxalq turnirdə ilk medallarını rəsmiləşdirib.
Sportline.az xəbər verir ki, sərbəst güləşçi Osman Nurməhəmmədov (92 kq) və qadın güləşçi Elis Manolova (65 kq) bürünc medala sahib olub.
Nurməhəmmədov əvvəlcə bolqarıstanlı İliya Xristova 13:2, daha sonra isə iranlı Mehdi Hacılueyanmurafaha 9:2 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. Finala gedən yolda o, yerli pəhləvan Ahmed Batayevə 4:6 hesabı ilə uduzub. Bu gün bürünc medal görüşünə çıxan dağıstanlı legionerin rəqibi Şimali Makedoniya təmsilçisi Recep Haydari olub. Nurməhəmmədov Haydariyə heç bir şans tanımayaraq, 10:0 hesablı qələbə qazanıb və fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Mübarizəyə 1/4 finaldan qoşulan Manolova isə macarıstanlı Viktoriya Felhonu "tuşe" ilə üstələsə də, yarımfinalda amerikalı Mallori Velteyə uduzub - 0:8. Bununla belə, bolqarıstanlı legioner bu gün rumıniyalı
Qeyd edək ki, daha əvvəl 74 kq çəkili sərbəst güləşçilərin final görüşündə Azərbaycanın iki təmsilçisi - Turan Bayramov və Cəbrayıl Hacıyevin üz-üzə gələcəkləri məlum olub.