Gündoğandan Vinisiusa dəstək

İlkay Gündoğan "El-Klasiko"dan öncə "Real"ın futbolçusu Vinisius Juniordan danışıb.

Sportline.az "Esport3"ə istinadla xəbər verir ki, "Barselona"nın yarımmüdafiəçisi rəqib futbolçuya olan təzyiqdən narahatdır.

"Vinisius azarkeşlər tərəfindən tez-tez fitə basılır. Bəziləri onun hərəkətlərini təxribat kimi qiymətləndirə bilər, amma mənim üçün belə deyil. Ola bilsin ki, o, fitə basılmağı xoşlayır. Bəzi oyunçular bundan əlavə motivasiya kimi istifadə edirlər”, - deyə İlkay bildirib.