Gürcüstan millisinin oyunçusu Fransa klubunda

"Sent-Etyen" klubu gürcüstanlı futbolçu Zirko Davitaşvilini heyətinə cəlb edib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, Fransa təmsilçisi 23 yaşlı hücumçu ilə 2028-ci ilə qədər müqavilə bağlayıb.

Mənbənin sözlərinə görə "Sent-Etyen" bu transfer üçün "Bordo"ya 6 milyon avro ödəyib.

Ötən mövsüm "Bordo"nun heyətində 39 oyuna çıxan Davitaşvili bu görüşlərdə 8 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Sent-Etyen" ötən mövsüm pley-off  keçid mərhələsində iki oyunun nəticəsinə görə "Metz"i məğlub edərək Liqa 1-ə vəsiqə qazanıb.