Gyökeres üçün “Arsenal” daha istəklidi

“Sportinq”in isveçli futbolçusu Viktor Gyökeres karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az “Mirror Football”a istinadən xəbər verir ki, Gyökeres “Arsenal”ın əsas transfer hədəfinə çevrilib.

London klubu bu keçid üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Gyökeres bu mövsüm çıxış etdiyi 44 matçda 44 qol və 11 məhsuldar ötürmə müəllifi olub.

Onun “Sportinq”lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.