Gyökereslə 3 nəhəng klub maraqlanır
"Sportinq"in isveçli futbolçusu Viktor Gyökeres karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Correio de Manha" nəşrinə istinadən xəbər verir ki, "Liverpul", "Mançester Yunayted" və "Arsenal" 27 yaşlı forvardı transfer etmək istəyir.
Portuqaliya klubu Gyökeres üçün 65 milyon avro tələb edir. O, bu mövsüm meydana çıxdığı 52 matçda 54 qol 13 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, təcrübəli futbolçunun "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.