Hacı Əliyev: "Hiss edirdim ki, qalib gələ bilərəm"

"Olimpiya Oyunları elə bir yarışdır ki, burada güclü yox, bir az ağıl işlədən idmançılar qalib gəlir. Burada çox güclü idmançılar mübarizəni dayandırdılar. Eləcə də, mən... Halbuki, Vladimer Xinçeqaşvili ilə görüşdə özümə çox inanırdım. Bunu şanssızlığa da bağlayardım. Həmçinin 12 kq çəki itirməyimin də çıxışıma böyük təsiri oldu. Ən azından, bürünc medal qazandım". SportLine.az xəbər verir ki, bu sözləri Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçıcı, güləşçi Hacı Əliyev deyib.

Olimpiadadakı çıxışı barədə danışan idmançı, "1/4 final görüşündə ciddi səhvim olmadı və yorulmadım. Bu məğlubiyyəti, sadəcə, uğursuzluq kimi dəyərləndirmək istərdim. Güləşçilərimizdən hər kəsin qızıl medal gözlədiyini bilirəm. Şərif Şərifov, Xetaq Qazyumov, Toğrul Əsgərov kimi idmançılarımız var. Onlar qızıla real namizədlərdir. Neçə vaxtdır, əziyyət çəkirik, hazırlaşırıq", - deyə bildirib.

Son görüşü haqda danışan Hacı Əliyev, "Bürünc uğrunda görüşüm  çox çətin keçdi. Təsəlliverici görüş keçirdiyim üçün yorulmuşdum. Xüsusilə, ikinci hissənin sonlarında yorğunluq özünü daha çox göstərdi. Rəqibə indiyədək bir neçə dəfə qalib gəlmişdim. Xalça üzərində də düşünürdüm ki, Olimpiadada bu rəqibə uduzmamalıyam. Hiss edirdim ki, fənd işlədib onu uda bilərəm. Axırda hər şey istədiyim kimi oldu", - deyə söyləyib.

Səmayə Məmmədova
GİN-in mətbuat katibi