Haiti millisi Bakıya gəldi
Azərbaycan millisi ilə beynəlxalq yoldaşlıq oyununda qarşılaşacaq Haiti seçməsi artıq Bakıdadır.
Sportline.az xəbər verir ki, komanda dünən axşam saatlarında Azərbaycana gəlib.
Haiti Futbol Federasiyasının mətbuat xidmətinin məlumatına görə, rəqib artıq Azərbaycan millisi ilə oyunun hazırlığına başlayıb.
Xatırladaq ki, Azərbaycan - Haiti oyunu martın 22-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçiriləcək.
Görüş saat 21:45-də başlanacaq.