Hakimə sərt etiraz üçün 10 dəqiqəlik cəza...

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) hakimin qərarına sərt şəkildə etiraz edənlərə cəza tətbiq etmək niyyətindədir.

Sportline.az "The Times"a istinadla xəbər verir ki, şura bunun üçün 10 dəqiqəlik cəzaların tətbiqini nəzərdən keçirir.

Qeyd edək ki, 2019-cu ildən İngiltərənin həvəskarlar və gənclər liqalarında belə bir qayda var ki, əgər futbolçu hakimin qərarına sərt reaksiya versə, oyunçu 10 dəqiqəlik meydanı tərk etməlidir.

Qurumun iki həftədən sonra baş tutacaq iclasında bu mövzunun müzakirəsi planlaşdırılır.