Halil Umut Meler karyerasıyla bağlı açıqlama verib
"Ankaragücü" "Rizespor" matçında döyülən baş hakim Halil Umut Meler xəstəxana çıxışında jurnalistlərini suallarını cavablandırıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, baş hakim açıqlamasında: "Hər şey qaydasındadır. Hazırda evimə ailəmin yanına getmək istəyirəm",-deyib.
Jurnlistin karyerasın ilə bağlı sualına isə "Zaman göstərəcək.Dediyim kimi hazırda sadəcə ailəmin yanına getmək istəyirəm",-deyib.
Qeyd edək ki, Halil Umut Meler daha öncə açıqlamasında karyerasını bitirdiyini açıqlamışdı.