Harri Maquayrın son durumu açıqlandı

"Mançester Yunayted"in təcrübəli müdafiəçisi Harri Maquayrın zədəsi ilə bağlı açıqlama verilib. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "qırmızı şeytanlar"ın həkimləri30 yaşlı ingilyərəli müdafiəçinin zədəsi ilə bağlı açıqlamada "Artıq heç bir problem yoxdu, oyunlarda iştrak edə bilər. Amma, hələ ki, 2-3 oyun meydandan uzaq qalsa zədəsini tamamilə sağalda bilər",-deyiblər.

Komandanın baş məşqçisi Erik Ten Haq "Liverpul"la görüşdə Harri Maquayrın əsas heyətdə yer almayacağını bildirib. 

Qeyd edək ki, Harri Mauayr bu mövsüm "Mançester Yunayted" forması ilə çıxdığı 17 oyunda 1 qol, 1 asistlə yadda qalıb.