Hemilton "Mersedes"in problemini açıqladı
Formula 1 üzrə yeddiqat dünya çempionu Luis Hemilton «Mercedes»in builki bolidinin zəif cəhətindən danışıb.
Sportline.az Racingnews365 nəşrinə istinadla xəbər verir ki, təcrübəli pilot Almaniya komandasının hazırkı bolidinin "delfinləşmə" effektindən narazıdır.
"Bu maşın ilin sonuna qədər atılıb-düşəcək. Ümid edirəm problem gələn il öz həllini tapacaq. Bəzi yarışlarda avtomobil sıçrayır, bəzilərində isə yox. Necə kömək edə bilərəm? Mən konstruktor deyiləm. Buna görə də kompüterin arxasında oturub mütəxəssislərə onu düzəltməyə kömək edə bilmirəm. Bacardığım ən yaxşı şey həftə sonu çıxış etməkdir ", - deyə Hemilton fikirlərini bölüşüb.